Anadan uşağa ötürülən xəstəliklərin SİYAHISI

Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də “hədiyyə” alır.

Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Eləcə də qız-oğlan, fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.

Orqanik.az Axar.az-a istinadən ananızdan sizə miras qalan xəstəliklərin siyahısını təqdim edir.

– Miqren – tipik qadın xəstəliyidir. Kişilərdə də varsa, deməli, anasından ötürülüb.

Statistika göstərir ki, miqren 80 faiz hallarda anadan keçmiş irsi xəstəlikdir. Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir. Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər.

– Bəzi onkoloji xəstəliklər – ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir. Bu, 100 faiz demək deyil, amma risk var.

Araşdırmalar göstərib ki, 15 faiz hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən – qadın xəttindən ötürülmüş olur.

– Bədən quruluşu, anomaliyalar və vərdişlər.

Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50 faiz bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50 faiz halda onun uşaqları da eyni halı yaşayacaq.

Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqda artıq çəkili olubsa, uşaqları 70 faiz halda artıq çəkili olacaq.

– Depressiya və psixi pozğunluqlar.

Ruhi, nevroloji, psixi pozuntular ata və anadan, 30 faiz hallarda anadan keçir.

Depressiv, melanxolik ananın eyni özü kimi övladının doğulması riski çoxdur. Bu məsələdə günahkar serotonin hasilini azaldan xüsusi genlərdir.

– Erkən klimaks.

Normal halda klimaks 45-50 yaşdan sonra başlayır. Lakin bəzi hallarda hətta 35 və bundan da erkən yaşda klimaks keçirən qadınlar olur. Əgər ana, nənə xətti erkən klimaks keçiribsə, onların qızları da 85 faiz halda bu problemlə üzləşəcək.

– Ürək-damar xəstəlikləri.

İnsanın ölümünə ən çox səbəb olan bu xəstəliklər 20 faiz halda irsi keçir.

– Allergiya.

Burda ana, yoxsa ata xəttinin rol oynadığını söyləmək çətindir. Əgər hər iki valideyndən birində ciddi allergiya varsa, onların övladının allergik olması riski 40 faiz artır. Hər ikisi allergikdirsə, deməli uşaq 80 faiz allergik doğulacaq.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.