Ana südünü artıran vasitə – Zeytun yağı

“(Sizin üçün həmçinin mənşə etibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər. “- Əl-Muminun surəsi, ayə 20.

“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur.
Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!” – Nur surəsi, ayə 35.

Peyğəmbərimiz (Allahın ona salamı və salatı olsun) demişdir: “Yağ yeyin və özünüzə çəkin (yağlanın) – həqiqətən də o müqəddəs ağacdan alınmışdır.” (Səhih əl Cami, 4489).

1996-cı ilin fevralında Barselona universitetlərindən birində keçirilən təcrübədə 40 əmizdirən qadından götürülmüş süd nümunələri üzərində aparılan tədqiqatların nəticələri açıqlanmışdır. Məlum olmuşdu ki, ana südündə olan yağ, tərkibinə görə zeytun yağının tərkibi ilə oxşardır (“Əl-İcaz” jurnalı, №8, şəvval, 1412 h.q. (yanvar 2001-ci il)).

Bundan əlavə zeytun yağının əmizdirən qadınlar üçün açıq-aşkar xeyirləri vardır ki, bu yağdan səmərəli istifadə üçün aşağıdakı reseptləri nəzərinizə çatdırmaq niyyətindəyik.

Resept 1. Əmizdirmədən öncə, döşün üzərinə qızdırılmış zeytun yağı ilə kompress (sarğı) edilsə, o zaman süd yolları açılır və südün gəlişi güclənir.

Resept 2. Bir desert qaşığı zeytun yağı qəbul edib, üstündən limon və bal qarışdırılmış isti su içmək kifayət qədər üstünlüklərə malikdir.

Şəfa tək olan Allaha məxsusdur. Bunlar isə sadəcə vasitədir.

Müəllif: Məmmədxanova Fərəh – Həkim terapevt, idman və bioloji təbabət mütəxəssisi

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.