Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

Maks Plank Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına səbəb olan yeni  faktlar aşkarlayıblar. Alimlərin apardıqları araşdırmaların nəticələri Nature jurnalında dərc olunub.

500 min insan üzərində aparılmış araşdırmalar onu deməyə əsas verib ki, solaxaylıq hələ ana bətnində başlayır. Halbuki bu günə qədər uşaqların 2-3 yaşında solaxay olduğu düşünülürdü.

Ultrasəs görüntülərində körpənin ana bətnində solaxay hərəkət etdiyi məlum olub. Tədqiqatlarda iştirak etmiş 501730 nəfərdən 10,4 faizinin hələ ana bətnindəykən solaxay olduğu  araşdırmalarla sübut olunub.

Həmçinin, insanın anadan olduğu il, doğum yeri, bədən kütləsi, zəif olması, ana südü ilə qidalanmaması da solaxaylığa səbəb ola bilirmiş. Yayda doğulan insanlar arasında solaxayların sayı daha çox olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.