80% kovid xəstələri özləri sağalır, dərmanlara ehtiyac yoxdur– Həkim terapevt
80% kovid xəstələri özləri sağalır, dərmanlara ehtiyac yoxdur– Həkim terapevt üçün şərhlər bağlıdır

Əldən-ələ gəzən kovid müalicəsi reseptləri insanları çox vaxt yanlış müalicəyə çəkir. Nəticəsi isə ağırlaşma olur.

Kovidin əsl müalicəsi hələ tibbə dəqiq məlum deyil. Özünüzdə müxtəlif ağır dərmanları sınamaqla, siz həkimlərə də yardım şansı qoymursuz.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkim terapevt Gövhər Məmmədova kovid Omikronun müalicəsi ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verib.
“Anlamaq lazımdır ki, təxminən 80% xəstələr özləri immunitetləri hesabına sağalır, yüngül keçirənlərdə isə müalicəyə gərək yoxdur. Bu necə baş verir? İnsanın özünün müdafiə mexanizmi var. Virusa yoluxduqda, əvvəlcə qeyri-spesifik immun cavab gəlir, daha sonra anticisimlər hasil olur, bu zaman orqanizmdə müəyyən proseslər baş verə bilər.

Əgər bir xəstə simptomsuz, yüngül keçirirsə, o sadəcə sakit şəkildə evdə yataqda uzanıb gözləməlidir. Bu zaman bol maye, bəzi vitaminləri içmək olar. Heç bir antibiotik, hormonlar, digər lazımsız dərmanlar, immunstimulyatorlar lazım deyil.

Lakin bizdə necədir: xəstə test cavabı çıxan kimi poliklinikada sahə həkiminə zəng edir, o hansısa dərmanları yazır. Sonra xəstə tanışlardan, qohumlardan reseptlərini istəyir. Bir reseptdə 10-15 dərman preparatı yazılan müalicə sxemləri əl-əl gəzir.

Antivirus dərmanlardan – Favipiravir, Remdesevir qəbul etmək lazımdırmı?

Bu preparatların effektivliyi barədə dəqiq məlumat yoxdur, onların kovidi dəqiq müalicə etməsi şübhəlidir.
Ümumiyyətlə, kovidə qarşı sübut olunmuş dərman yoxdur.

Yadda saxlayın: həkim müayinəsi olmadan heç bir halda özbaşına dərman içmək olmaz. Bəzən insanlar aspirin, kardio maqnil qandurulducalara başlayır. Amma bəzən elə xəstə var ki, onun qanqatılaşmasında problem var, ona qətiyyən bu dərmanlar olmaz. Sizə uyğun olmayan əks göstərişli dərmanlar vəziyyəti ağırlaşdıra bilər.

Əgər kimsə desə ki, bu dərman zərərsizdir, heç bir əks təsiri yoxdur, o yalan deyir.
İstənilən bir dərman 2 tərəfli işləyir: faydası və zərəri.

Laborator analizlər, xüsusən qaraciyər, böyrəklər, qanın laxtalanması göstəriciləri yoxlanmadan ciddi dərmanlar, aqressiv müalicə yazmaq olmaz.

İstənilən virus yoluxmasında, birinci işiniz özünüzü təcrid edib, yataqda dinc vəziyyətdə qalıb, gözləməkdir. Yataqda qalmaq bütün günü uzanmaq demək deyil, buqanı qatılaşdırır. Damarların işləməsi üçün evin içində gəzişin, hərəkətdə olun.

Əgər pulsoksimetrdə oksigen göstəricisi 94-dən aşağı düşərsə, həkimə və təcili yardıma müraciət edin.

Xahiş edirəm, antibiotik içməyin, venadaxili antibiotik, hormon köçürməyin. Bu dərmanlar xəstənin vəziyyəti ağırlaşanda təyin edilir. Evdə qalan kovid xəstələrinə antibiotik heç lazım deyil, bunu birdəfəlik anlayın”.

Orqanik.az

0

Yuxarı

X