8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir.

Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir.

Anayam.az 8 aylıq körpənin xüsusiyyətlərini və bacarıqları ilə sizi tanış edir:

– 8 aylıq körpənin təxmini çəkisi 8,7 – 9,5 kq, boyu 70-71.2 sm olmalıdır.

– Artıq çoxlu sayda müxtəlif əşyaları müəyyən edir. Ətrafdakı hər şeylə maraqlanır. Özüdə qarşısına düşən hər şeyin dərhal dadına baxmağa çalışır.

– Diqqəti hələ dağınıqdır, o tez-tez məşquliyyətindən yayına bilər. Amma, bu mərhələdə, o, yarımçıq qalan işinə qayıtmağı, öyrənməyə başlayır.

– Yolunda duran maneənləri, bütün mümkün üsullarla aradan qaldırmağa çalışır.

– Bəzi uşaqlar bu ayda sərbəst qalxa, dəstək ilə gəzə bilirlər, böyüklərin köməyi olmadan oturub və ya uzana bilirlər. Dəstəyi olmadan oturaq vəziyyətdən ayağa dura bilirlər.

– Artıq fəal və çox sürətlə iməkləyirlər.

– Əşyalarla yaxşı idarə etməyi bacarır, məsələn, qapağı açıb bağlayır, piramid oyuncağını toplayır.

– Sadə “ver”, “al”, “get” kimi xahişlərə reaksiya verir.

– Daim bəzi hecaları ucadan təkrarlayır. Halbuki o, onları müqayisə edə bilmir.

– Böyüklərin xahişi ilə əl yelləyərək, vidalaşa bilir.

– “Olmaz” sözünün mənasını aydın başa düşür, amma hələ ona itaət etmir.

– Tanış və özgə insanları, hətta öz və yad əşyaları fərqləndirir. Şəkillərdə özünkülərini tanıya bilir.

– Onu kəskin və gurultulu səslər qorxudur.

– Xırdalanmış yemək yeyir. Yumşaq qida məhsullarını dişləyə bilər.

– Bu yaşda daxili baş beyin zonası fəal inkişaf edir və formalaşır. Bu dövr, danışıq və hərkət funksiyasının yaxşılaşdırılması üçün çox mühüm bir dövrdür. İndi o, ətrafdakıların davranışını təqlid etməyə çalışır: qaşıqla yeməyə, fincandan içməyə, balışda yatmağa və s. çalışır. Bu, ona sosial mədəniyyətin bir hissəsi olmağa kömək edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.