Your Cart

Revmatizm zamanı böyrək zədələnmələri

Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi ilə baş verir. Bu zaman böyrək zədələnməsi vaskulit formasında müşahidə olunur. Revmatizmin aktiv fazasında damarların iltihabı prosesi nəticəsində onların keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici yumşaq arteriolasında baş verir. Sonrakı dövrdə isə onlarda sklerotik dəyişikliklər başlayır.
İzolə olunmuş sidik sindromu revmatizm zamanı ən çox təsadüf olunan simptomdur. Amma kəskin revmatizmdə streptokokk infeksiyası dövründə kəskin böyrək zədələnməsi, keçici infeksion nefrit formasında olur. Təkrari revmatik hücumlardan sonra latent nefrit baş verə bilir ki, bu zaman mülayim, daimi sidik sindromu müşahidə olunsa da, xəstələrdə heç bir şikayət olmur. Bu sindromlara aiddir:
– proteinuriya
– mikrohematuriya.
Reaktiv diffuz qlomerulonefrit, bütün qlomerulonefrit növlərinin arasında 1% təşkil edir. Bu zaman böyrəklərin qatılaşdırma funksiyası enir, nefroskleroz baş verir.
Çox hallarda revmatik nefriti ürək çatışmamazlığı nəticəsində baş verən durğun böyrək sindromundan ayırmaq lazım gəlir. Durğun böyrək üçün xarakterikdir:
– eritrosituriya
– sidik əlamətlərinin qeyri-stabil olması.
Revmatizm xəstələrinin 1/3 hissəsində böyrək infarktı tapılır. Revmatizm ilə xəstələrdə böyrək simptomları, bəzən davamlı septik endokardit ilə əlaqədar olur.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə:
Revmatizm səbəbli böyrək zədələnməsi zamanı ilk növbədə revmatizm müalicə olunur. Böyrəklərdəki patologiyaların aradan qalxması üçün kiçik doza kortikosteroidlərdən istifadə olunur.

Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri

Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri ölümlə nəticələnə bilir. Sidikdə mikroalbuminlərin olması böyrəklərin zədələnmsinin başlıca əlamətlərindən biridir. Azərbaycanda mikroalbuminlər səbəbli böyrək zədələnməsinin səbəbi hələdə aydınlaşdırılmayıb. Klinikaya müraciət edən xəstələrin əksəriyyətinin analizlərindaə mikro və makroalbuminlərin və sidikdə kreatinin miqdarının normadan çox olması aşkarlanmışdır (Özəl tibbi mərkəz “Medservis”-də). Xəstəlik sidik analizlərini könüllü və həkim təyinatı vasitəsilə göndərilən pasiyentlərin əksəriyyətində aşkar olunmuşdur.
Bakıda yerləşən “Medservis” özəl klinikası mikroalbuminlərin olmasını aşağıdakı üsulla yoxlayır:
Pasiyentin səhər sidiyi NykoCard Reader II (Axis-Shield, Norveç, İngiltərə) analizatoru vasitəsilə yoxlayır.
Sidikdə kreatinin miqdarı isə laboratoriyamızda Virtos (Johnson &Johnson, ABŞ) analizatorunda yoxlanılır.
Nəticələr bunlardır:
2015-2016-cı illərdə sidikdə mikroalbuminlərin və kreatinin miqdarı 86 pasiyetntdən 13% kişilərdə, 87% 30 yaşlı qadınlarda (33,37±1,5yaş) normada olmayıb.
Sidikdə mikroalbuminin və kreatinin göstəricilərinin ürəkaçan olmaması Bakı əhalisinin əksəriyyətində böyrək xəstəliklərinin olması deməkdir. Biz bu nəticəyə gəldik ki, səhər sidiyində kreatinin və albumunun olması Azərbaycan ərazisində yaşayanların əksəriyyətinin xroniki böyrək xəstəliyi olmasının göstəricisidir.

Böyrəkdaşı xəstəliyinin əlamətləri

Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır:
– böyrək sancısı
– hematuriya
– piuriya
– kiçik daşların öz-özünə düşməsi.
Xəstəliyin gedişində sancıların növü və sancıarası dövrləri qeyd etmək lazımdır. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar baş verir ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır.
Böyrəklərdə olan iri daşlar (mərcanvari daşlar) adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi belə daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur. Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir.
Böyrək sancıları çox vaxt daşın sidik axarına düşməsi nəticəsində baş verir. Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğöru irradiasiya edir. Ağrılar baş verən zaman xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
– tez-tez ağrılı sidiyə getmə
– ürəkbulanma
– qusma
– köpmə
– defekasiya aktının ləngiməsi.
Sancı baş verən zaman xəstə çox narahat olur, özünə yer tapmır. Hətta ağrıların şiddəti bəzən elə olur ki, çox vaxt böyrək sancılarının qarşısını almaq  üçün xəstələrə narkotik vururlar. Böyrəkdaşı xəstəliyi zamanı arabir ağrılar sakitləşir və sonradan yenidən güclənir. Sakitləşmə axarda ilişən daşın tərpənərək yığılıb qalmış sidiyin axmasına səbəb olduğu zaman baş verir.
Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsini döyəclədikdə ağrılar artır. Sidik axarı ətrafları əllədikdə isə güclü ağrı simptomları meydana çıxır.
Böyrəkdə sancıların olması daşlar yerindən tərpənən vaxt baş verir. Bəzən sancılardan sonra xırda daşların tökülməsi də müşahidə edilir.
Böyrək daşları düşən zaman sidik yollarının selikli qişasını zədələdikldə hematuriya əmələ gəlir. Əksər hallarda kələ-kötür oksalat daşları düşən zaman hematuriya baş verir.
Böyrəkdaşı xəstələrinin 13%-də daş düşən zaman heç bir əlamət olmur. Belə hallarda daş təsadüfən rentgen və ya USM-lə müayinə zamanı aşkar edilir.

Diabetik nefropatiya

Nefropatiya -böyrəklərin funksiyası ilə əlaqədar olan xəstəlikdir.
Ümumi məlumatlar.
Şəkərli diabetdə nefropatiya böyrək damarlarının zədələnməsi nəticəsində meydana gəlir.
Səbəbləri.
Böyrəklərin damar sisteminin pozulmasına səbəb hiperqlikemiya və yüksək arterial təzyiqdir. Bu zaman böyrəklər öz filtirasiya funksiyasını yerinə yetirə bilmir, sidikdə konsentrasiyası yüksək olan maddələr toplanır( zülal).
Simptomları .
Bu ağırlaşmanın əsas təhlükəsi ondan ibarətdir ki, çox ləng və tədricən inkişaf edir,uzun müddət gizli qalır, çünki kliniki olaraq xəstədə diskomfort hissi olmur. Böyrəklərin çox kəskin patoloji mərhələsində ( çox vaxt terminal ) xəstələr böyrəklərində ağrıdan şikayətlənir, bu da orqanizmin azotlu birləşmələri ilə intoksikasiyası ilə əlaqədardır. Belə ki , bu mərhələdə xəstəyə yardım etmək həmişə mümkün olmur. Özünüzə qarşı diqqətli olun və aşağıdakı simptomlar meydana çıxdıqda, həkimə müraciət edin:
– əllərdə, topuqlarda və ya gözlərin altındakı şişkinlik
– yeriş zamanı və ya dağa qalxarkən baş verən təngənəfəslik
– yorğunluq
– yuxusuzluq
– iştahanın itməsi
– ürəkbulanma
Bu zaman həkimin və pasiyentin əsas məqsədi diabetik nefropatiyanın diaqnozunu vaxtında qoymaq və bu xəstəliyə qarşı adekvat terapiyanı aparmaqdan ibarətdir.
Diabetik nefropatiyanı ilkin mərhələlərdə aşkar etmək mümkündür.
Bundan ötrü müntəzəm olaraq sidiyin analizini vermək,(mikroalbumunuriyaya görə,kreatinin və sidik cövhərinə görə) birinci tip şəkərli diabet xəstələri yarım ildə bir dəfə, xəstəliyin başlanğıcından 5 il sonra bu analizləri verməlidirlər. Ikinci tip şəkərli diabet xəstələr isə ildə 1 dəfə bu analizləri verməlidirlər. Bu analizlər nefropatiyanın kliniki əlamətləri üzə çıxana qədər onun başlanğıcını aşkar etməyə imkan verir və onun qarşısını almağa kömək edir. Bundan əlavə mikroalbuminuriyanın müxtəlif express-diaqnostika metodları mövcuddur:
– sidik üçün test-zolaqlar,absorbsiyaedici tabletlər və s.
Bu metodlardan istifadə etməklə 5 dəq. müddətində sidikdə çox dəqiq albuminin mikrokonsentrasiyasını müəyyən etmək olar.
Əgər sidiyin ilkin analizində təkrarən albuminin miqdarı 20mq/ l olarsa onda sutkalıq sidiyin müayinəsi tələb olunur. Bu analliz sidiyin xüsusi çəkisini və sidikdə zülalın miqdarını müəyyən etməyə imkan verir. Daimi olaraq mikroalbuminuriyanın olması ( ilk 5-7 il) diabetik nefropatiyanın inkşafını təsdiq edir. Bunun müalicəsində şəkərli diabetin kompensasiyasını həyata keçirmək, yüksək təzyiqi normal həddə çatdırmaq lazımdır. Nefropatiyanın inkişaf mərhələsində zülalı məhdudlaşdıran xüsusi pəhriz təyin olunur.
Profilaktik tədbirlər.
Bu zaman arterial təzyiqə nəzarət etmək( təzyiq 130/85 – dən yuxarı olmamalıdır) , siqaretdən imtina etmək( nikotin damardaraldicı effektə malikdir) və qanda şəkərin miqdarına nəzarət etmək lazımdır.

Böyrək səbəbli arterial təzyiq

Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arterial hipertenziya adlanır. Xəstəlik hər iki böyrəyin arterial qanla təchizatının pozulması nəticəsində əmələ gəlir. Xəstəlik ən çox 40 yaşdan yuxarı şəxslərdə rast gəlinir.
Xəstəliyin əmələ gəlməsinə böyrək arteriyalarının aterosklerotik stenozu, bəzi hallarda fibromuskulyar displaziyasıdır.
Renovaskulyator arterial hipertenziya yalnız baş böyrək arteriyasının deyil, həmçinin böyrəklərin tək-tək seqmentlərini qanla təchiz edən böyrək arteriyasının kiçik şaxələrinin aterosklerotik zədələnməsi nəticəsində meydana çıxa bilir.
Böyrək səbəbli arterial təzyiqin qalxmasına səbəb böyrək arteriyasının birtərəfli daralması nəticəsində böyrəklərin hormonal sisteminin və sinir sisteminin pozulmasıdır.
Xəstəlik daima yüksək olan arterial təzyiq, kreatinin artması və böyrəklərin funksiyasının pozulması ilə müşayiət olunur və təzyiq terapiyaya tabe olmur.
Diaqnoz angioqrafiyanın, uroqrafiyanın, radionuklid renoqrafiyanın nəticələrinə əsaslanır.
Müalicə 2 istiqamədə aparılır:
1. Arterial təzyiqə nəzarət.
2. Böyrəklərin funksiyasının yaxşılaşması.
Müalicə həm cərrahi, həm də medikamentoz üsulla aparılır. Angioplastika və cərrahi müdaxilənin nəticələri yaxşılaşdıqca dərman müalicəsinin əhəmiyyəti azalır. Buna baxmayaraq arterial təzyiq nəzarət altında saxlanırsa, böyrəklərin funksiyası pozulmursa, xüsusən də yaşlı şəxslərdə medikamentoz müalicə uzun müddət davam edir.

Böyrək çatışmazlığı zamanı daxili orqanların vəziyyəti

Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər özünü göstərir:
– baş ağrıları
– baş gicəllənmə
– süstlük
– ürəkbulanma
– öyümə
– qusma
– ödemlər
– pozulmuş sidik ifrazı.
Bunlardan başqa böyrək çatışmazlığı xəstənin daxili orqanlarında da bəzi patoloji əlamətlərlə özünü biruzə verir:
Tənəffüs orqanları:
Xəstələrdə təngnəfəslik və asidoz özünü göstərir. Ağciyərlərdə azot mübadiləsinin son məhsulları yığılır və durğunluq əmələ gəlir ki, bu da ağır dəyişikliklərə səbəb olur. Rentgenoqrammada ağciyərlərin kökündə kəpənək qanadlarına oxşayan kölgə görünür ki, bu da uremik ağciyər adlanır. Xəstəliyin ağır hallarında plevraya su yığılır, bəzi xəstələrdə pnevmoniya inkişaf edir.
Ürək.
Böyrək çatışmazlığı zamanı ürəyin vəziyyəti arterial təzyiqin səviyyəsindən asılı olur. Böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər. Xroniki böyrək çatışmazlığı xəstələrində perikardit əmələ gəlir ki, bu da hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin ölümünə səbəb olur.
Mədə-bağırsaq sistemi.
Xroniki böyrək çatışmazlığı xəstələrində stomatit, parotit, qastrit, enterit, kolit və uremik psevdoperitonit müşahidə olunur. Xəstələrin dili quru, üstü qəhvəyi ərplə örtülmüş olur. Ürəkbulanma, qusma, iştahsızlıq, ağızda pis qoxunun olması belə xəstələr üçün xarakterik sayılır.
Sümük-oynaq sistemi.
Kalsium-fosfor mübadiləsinin pozulması nəticəsində böyrək çatışmazlığı xəstələrinin sümük-oynaq sistemində ağır dəyişikliklər baş verir. D vitamininin büzüşmüş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiumun bağirsaqlardan qana sorulması prosesi pozulur. Xroniki böyrək çatışmazlığı zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot mübadiləsinin son məhsullarını ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli qişalarının zədələnməsinə səbəb olur.
Sinir sistemi.
Böyrək çatışmazlığı xəstələrinin sinir sistemində və psixi fəaliyyətində baş verən dəyişikliklər hıçqırma, hipotermiya, əzələdə qıcolmalar, psevdotetaniya, süstlük, yuxululuq, koma şəklində təzahür edir.
Dəri.
Xroniki böyrək çatışmazlığı xəstələrinin dərisinin rəngi avazımış, sarımtıl, yaxud qəhvəyi torpaq rəngində quru və elastikliyini itirmiş olur. Dərid qaşınmalar baş verir ki, bu da dəridə dırnaq cızması izlərinin olmasına səbəb olur. Bəzən dəridə müxtəlif yaralara, allergik səpgilərə rast gəlmək olur.

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa