Your Cart

Qəfləti koronar ölüm

Qəfləti ürək ölümü və qəfləti koronar ölüm arasında fərq böyükdür.Qəfləti ürək ölümü daha geniş yaylmış bir fikirdir.Qəfləti ürək ölümündə ölümün səbəbi ürəyin işemik xəstəliyindən başqadigər xəstəliklər də ola bilər.
Bu xəstəliklərə aiddir:
1) Miokardın hipertrofiyasi ilə müşayət olunan ürık xəstəliyi
2) Aortanın stenozu
3) Durğunluq səbəbli ürək çatmamazlığı
4) Kardiogen şok
5) Ürəyin tamponadası
6) Ağciyər artereiyasının tomboemboliyasl
Qəfləti koronar ölüm ürəyin işemik xəstəliyinin sürətlə inkişaf edən ağır kliniki variantı olub bütün qəfləti ürək ölümlərinin 80-90%-ni təşkil edir. Qəfləti ürək ölümündən fərqli olaraq qəfləti koronar ölümün səbəbi bütüb hallarda ürəyin işemik xəstəliyidir.
Özünü tam sağlam hesab edən, heç vaxt heç bir narahatlığı olmayan psixoloji və fizioloji stabillik vəziyyətində olan şəxslərdə baş verən ölümlər qəfləti ğlüm hesab edilir.
Alimlərin fikirlərinə görə qəfləti koronar ölüm üçün aşağıdakı əlamətlər səciyyəvidir:
1) ölüm şahidlərin iştirakı ilə birinci təhlükəli simptomların yaranmasından sonra 1 saat ərzində baş verir
2)ölüm baş verməmişdən əvvəl ətrafdakılar xəstənin vəziyyətinin stabil olduğunu və qorxulu heç bir şey gözlənilmədiyini deyirlər.
3)ölüm törədə biləcək digər səbəblər inkar olunmalıdır. Buraya travmalar, ölümlə nəticələnə biləcək digər xəstəliklər, güc tətbiq etməklə ölüm daxildir.
Ürək tutmasının başlanması ilə ölümün baş verməsi arasında olan vaxta görə qəfləti koronar ölümün iki forması ayırd edilir:
1) ani koronar ölüm – bu ölüm bir neçə saniyə müddətində baş verir
2) sürətli koronar ölüm – bu zaman hadisənin əlamətləri ölümnən 1 saat əvvəl başlayır.
Qəfləti koronar ölüm istənilən yaşda, o cümlədən gənclərdə hətta uşaq yaşlarında da baş verə bilər. Ümumidunya Səhiyyə Təşkilatının məlumatına görə qəfləti koronar ölümün rastgəlmə tezliyi hər həftədə 1milyon əhaliyə 30 ölüm hadisəsi təşkil edir.
Qəfləti koronar ölümün inkişafında aşağıdakı risk amillğərinin rolu təsdiq olunmuşdur.
-kəskin miokard infarktı
-qeyri-stabil stenokardiya
-yüksəkqradasiyalı mədəcik aritmiyaları ilə müşayət olunan ürəyin işemik xəstəliyi
-kardiomeqaliya və qan dövranı çatmazlığı
-bir neçə əsas risk amilləri olan ürəyin işemik xəstələriş Bunlara arterial təzyiqi, şəkərli diabedi,lipid mübadiləsinin pozulması və s. olan xəstələr daxilir.
Qeyd etmək lazımdır ki, miokard infarktının başlanğıc fazasında baş vermiş ölüm qəfləti ölüm kimi qiymətləndirilmir. Belə ölüm infarktdan ölüm kimi qiymətləndirilir.
Statistikaya görə qəfləti koronar ölümün səbəbləri aşağıdakılardır:
-mədəcillərin fibrilyasiyası (80%)
-asistoliya (20%)
-mədəcik taxikardiyası (nadir hallarda)
-kəskin bradikardiya (nadir hallarda)
Ürək ritminin pozulmaları, miokardın qeyri-sabitliyi, epikardial koronar arteriyaların hemodinamik əhəmiyyətli daralması nəticəsində baş verir. Əksər hallarda qəfləti ölümnən bir neçə gün hətta bir həftə əvvəl qəfləti ölümün bəzi simptomlarını aşkar etmək olur. Bu əlamətlər aşağıdakılardır:
-zəiflik
-döş qəfəsində ağrılar
-əhval-ruhiyyınin pozulması
Xəstədə bu hallar müşahidə edildikdə ona sutkalıq elektrokardioqrafiya monitoru, elektrofizioloji müayinə, veloerqometrik sınaq keçirilməlidir. Bu xəstələrə intensiv antiangial terapiya tətbiq olunmalıdır. Ürəkdə olan dəyişikliklər vaxtında yoxlanılar və müalicə olunarsa xəstəliyin qarşısını almaq olar.
 

Qazanılmış ürək qüsurları

Qazanılmış ürək qüsurları kəskın və xroniki xəstəliklər və ya travmalar nəticəsində inkişaf edən bir xəstəlikdir.Bu xəstəliyin əsasında qapaqların morfoloji və ya funksional pozğunluğu durur ki bu da ürəkdaxili dəyişiklikliyi ilə xarakterizə olunur.
Mitral stenoz
Mitral stenoz sol atrioventrikulyar dəliyin daralması olubsol qulaqcıqdan qanın boşalmasını çətinləşdirir Bu da öz növbəsində sol qulaqcıqla sol mədəciyin arsındakı diastolik təzyiqi artırır.
Mitral stenoz üçün səciyyəvi olan bütün hemodinamik dəyişikliklər sol atrioventrikulyar dəliyin daralması
Mitral stenoz xəstəliyinin daralma dərəcəsinə görə 3 növü var
1 yüngül stenoz
2 mötədil stenoz
3 ağır stenoz
Xəstəliyin əlamətləri:
Təngnəfəslik- xəstəliyin əsas simptomlarından biridir.Qan dövranının pozulması nəticəsində əmələ gəlir
Boğulma tutmaları-mitral stenozu olan xəstələrdə ağ ciyərlərdə baş verən durğunluq nəticəsində meydana gəlir
Qanhayxırma-mitral stenozun vacib əlamətlərindən biridir.Ağ ciyər şaxələrinin tromboemboliyası və ağ ciyər infarktı ilə əlaqədardır.
Halsızlıq. əzələ zəifliyi -mitral stenozun xarakterik və erkən klinik əlamətlırindən olub, fiziki iş zamanı meydana çıxır.
Ürəkdöyünmə-mitral srenozun çox təsadüf edilən əlamətlərindən
olub ürəyin ritm pozğunlu ilə əlaqədar olur
Ürək nahiyəsində ağrı – bu əlamət az xəstələrdə rast gəlinir
Mitral qapaq çatmazlığı
Mitral qapaq çatmazlığı sol mədəciyin sistolası zamanı qapaq taylarının örtülməsi olub .qanın sol mədəcikdən sol qulaqcığa requrgitasiyası ilə müşayət olunur
Etialogiyası:
-Mitral çatmazlığın 2 forması ayırd edilir:
1Üzvi çatmazlıq
2Funksional mitral çatmazliq
Mitral qapaq çatmazlığının kliniki əlamətləri aşağıdakılardır
– tez yorulma
– əzələ zəifliyi
– ayaqlarda ağırlıq
– ürəkdöyünmə
– təngnəfəslik
– ürək astma tutmaları
– quru öskürək
– az miqdarda bəlğəm ifrazı
– ayaqlarda ödem
– sağ qabırğaaitı nahiyədə ağrı
Müayinəsi:Mitral qapaqların müayinəsində EKQ və exokardiyaqrammanın nəticələri və xəstənin şikayətləri əsas götürulür. Müalicəsi cərrahi yolla aparılır.
 

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər.
Hamiləlik dövründə hamilə qadın istədiyi hər bitki çayını içə bilməz. O içdiyi bitki çaylarına diqqət yetirməli və dietoloqla məsləhətləşməlidir. Çünki bitki çaylarının tərkibində müxtəlif cür maddələr ola bilər və bu maddələr dölə mənfi təsir edər. Amma aşağıda adları çəkilən bitkilərdən dəmlənən çayı içməkdə heç bir zərər yoxdur. Bu çaylara aiddir:
* limon
* nanə
* zəncəfil
* alma
* portağal
* narıngi
* itburnu
* çobanyastığı
* razyana
* yaşıl çay.
Hamiləlik zamanı aşağıdakı bitki çaylarından istifadə edilməməlidir. Çünki aşağıda adları yazılan çaylar uşaqlığın əzələsinə qıcıqlandırıcı təsir edə bilir:
* aloe
* qərənfil
* kimyon
* lavanda
* darçın
* zəfəran
* kəklikotu
* kərəviz
* mələkotu
* yasəmən.
Həkimlər hamilə qadına qara çaydan az, yaşıl çaydan çox istifadə etməyi məsləhət görürlər. Belə ki, qara çayın tərkibində olan kofeinin miqdarı, yaşıl çayda olan kofeinin miqdarından daha çox olduğu üçün bunu deməyə əsas verir.

Preeklampsiya

Hamiləlik zamanı nefropatiyaya düzgün müalicə və nəzarət edilmədikdə preeklampsiya baş verir.
Hamiləlik preeklampsiyası zamanı mərkəzi sinir sisteminin fəaliyyətinin, beyin qan dövranının pozulması, beyin ödemi, kəllədaxili təzyiqin yüksəlməsi əlamətləri meydana çıxır. Bu zaman hamilələrdə aşağıdakı əlamətlər meydana çıxır:
– baş ağrısı
– ənsə nahiyyəsində ağırlıq hissi
– süstlük
– ümumi narahatçılıq
– mədə nahiyyəsində ağırlıq
– ürəkbulanma
– qusma
– görmə qabiliyyətinin pozulması
– üzün dərisinin qızarması
– burun və dodaqların sianozu
– arterial təzyiqin artması.
Preeklampsiya bəzən ağırlaşaraq beyinə və başqa mühüm orqanlara qansızma verir və eklampsiyaya keçir. Eklampsiya zamanı ciftin vaxtından əvvəl ayrılması və başqa ağırlaşmalar baş verə bilir. Bu ağırlaşmalara bətndaxili hipoksiya, dölün doğuşa qədər və doğuşdan sonra məhv olması aiddir. Eklampsiya tutmaları 1-2 dəqiqə davam edir və 4 mərhələdə keçir. Tutmaların başlanmasının ilk əlaməti baş ağrılarıdır.
Eklampsiyanın baş verməməsi üçün hamilə qadın stasiona yerləşdirilməli və daima nəzarət altında olmalıdır. Bu zaman hamilə qadını qaranlıq otaqda və səs-küydən uzaq saxlamaq lazımdır. Hamilə qadına müalicə ilə bərabər duzsuz pəhriz və mayenin miqdarının azaltması məsləhət görülür.

Pnevmotoraks

Pnevmotoraks- döş qəfəsi yarası və ya ağ ciyərlərin bronxlarının zədələnməsi ilə bağlı olan plevral boşluqda havanın olması deməkdir.

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

Hər bir qadın doğuşdan sonra əvvəlki çəkisinə qayıtmaq istəyir. Bəzən isə doğuşdan sonra bir çox analar çəkilərinin artdığını görüb əvvəlki bədən quruluşuna necə sahib olacaqları barədə düşünürlər. Belə analara bir-neçə məsləhət:
1. Hamiləlik vaxtı artan çəkinizi qısa bir zamanda azaltmağa çalışmayın.
2. Doğuşdan sonra tez bir zamanda idman zalına üz tutmayın.
3. Bir müddər orqanizminizin özünə gəlməsini mütləq göləməlisiniz.
Bu sahə üzrə işləyən mütəxəssislər arıqlamaq iatəyən analara ən azı 6-8 həftə gözləməyi məsləhət bilirlər.
Bəzən elə olur ki, uşaq əmizdirən analar hamiləlik zamanı qazandıqları çəkini itirə birilər. Bəzən də, uşaqəmizdirmə dövründə hormonlarda baş verən dəyişikliklərlə əlaqədar olaraq anaların çəkisi bir az da arta bilir.
Amma hər iki halda yeni ana olmuş qadının idman zalına getməyi düzgün hesab edilmir. Bəs nə etməli?
– Gün ərzində ən azı 15-30 dəqiqə piyada gəzin.
– Stressdən uzaq durun, sinir sisteminizə nəzarət edin.
– Yuxunuzu normallaşdırın. Bu həm sizin rahatlığınız, həm də südünüzün bol olması üçün lazım olan ən vacib məsələdir.
– Çəkini artırmayan, lakin südün artmasına səbəb olan qidalardan istifadə edin.
– Səbirli olun, çünki dietoloqlar doğumdam sonra 3 kq-dan artıq çəki verməyi məsləhət bilmirlər.
– Ev şəraitində bəzi yüngül idman hərəkətləri edə bilərsiniz.
– Tam diet saxlamayın.
– Gün ərzində 5 dəfə yeyin.
Çəkinizin artmaması üçün yediyiniz qidalar, qanda şəkərinizin, enerjinizin, gücünüzün azalmasına səbəb ola bilər. Bunun olmaması üçün yemək aralarında aşağıdakı qida vasitələrindən mütləq istifadə edin:
– Bir ovuc badam və ya qoz
– Fındıq və kişmiş
– Armud, portağal suyu, pendir
– Alma, çiyələk
– Soyutma yumurta
– Az yağlı qatıq.

Hamiləlik zamanı baş verən infeksion xəstəliklər

Qrip.
Hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən biri qripdir. Qrıp virusu vaxtından əvvəl doğuşa səbəb ola bilir. Bu əsasən hamiləliyin son aylarında qrip virusuna yoluxma baş verdikdə baş verə bilir. Doğuşa yaxın qriplə xəstələnən hamilə qadınlarda doğuş zamanı ağırlaşmalar baş verə bilir. Uşaqsalma ağrılı tutmalar zamanı doğuş qüvvələrinin zəifləməsi səbəbindən baş verir.
Vərəm.
Hamilə qadınlar arasında vərəm xəstəliyinə də rast gəlinir. Hamiləlik ağciyər vərəminin gedişini ağırlaşdırır və onun aktiv formasına keçməsinə səbəb olur. Bu zaman ağciyərlərdə xəstəliyin digər formaları meydana gəlir.
Vərəm xəstəliyi intoksikasiyaya, oksigen çatmazlığına səbəb olur ki, bu da hamiləliyin gedişini ağırlaşdırır və uşaqsalmaya səbəb olur. Amma müalicə edilərək vərəmin dölə təsirinin qarşısını almaq mümkündür.
Malyariya.
Malyariya xəstəliyi uşaqsalmaya və vaxtından əvvəl doğuma səbəb olur. Malyariya zamanı ciftdə qansızma sahələri və digər dəyişikliklər dölün hərəkətinin pisləşməsinə səbəb olur. Bəzən bətndaxili dölün yoluxması baş verir.
Toksiplazmoz.
Bu xəstəlik insanlara xəstə heyvanlardan və xəstə quşlardan keçir. Törədicilər hamilə qadının orqanizminə yaxşı bişirilməmiş qida məhsullarından, zədələnmiş dəridən və selikli qişalardan keçir.

Ağciyərlərin idiopatik hemosiderozu

Ağciyərlərin idiopatik hemosiderozu alveollara təkrari qansızmalar və dalğavari residivləşən gedişlə xarakterizə olunan ağciyər xəstəliyidir. Xəstəlik ən çox uşaqlarda və gənclərdə təsadüf edilir.
Xəstəliyin etiologiyası məlum deyil.
Xəstəlik mikrosirkulyator hövzənin damarlarının elastik liflərinin anadangəlmə keyfiyyətsizliyi, ağciyər kapilyarlarının dilatasiyasına, qanaxmanın kəskin ifadə olunan yavaşımasına, eritrositlərin alveollara, sonradan ağciyər parenximasında çökməsi ilə diapedezinə gətirib çıxarır.
Xəstəliyin əmələ gəlməsində bronx arteriyaları ilə ağciyər venaları arasında anadangəlmə damar anomaliyaları əsas rol oynayır. Immun limfositlərin damar divarına sitotoksik təsirinin böyük rolu da istisna edilmir.
Idiopatik ağciyər hemosiderozunun verdiyi dəyişikliklər aşağıdakılardır:
*alveolların eritrositlərlə dolması
*alveol yollarında və respirator bronxiollarda mikrofaqların tapılması
*alveolların və alveollararası arakəsmənin qalınlaşması
*xəstəlik proqressivləşdikcə diffuz pnevmosklerozun inkişafı
*alveollararası çəpərin strukturunun pozulması.
Idiopatik ağciyərin hemosiderozu kəskin və xroniki olur. Kəskin gediş adətən uşaq yaşlılar üçün xarakterikdir. Xəstəliyin əsas əlaməti qanlı-bəlğəmli öskürəkdir. Xəstələri qanhayxırma çox narahat edir. Bundan başqa xəstələr baş hərlənməsi, tənginəfəslik, baş gicəllənməsindən, qulaqlarda küydən, gözün qabağında nöqtələrdən şikayət edirlər. Göstərilən şikayətlər əsasən uzunmüddətli qanhayxırmalar zamanı olur. Xəstələrin çoxunda döş qəfəsində, oynaqlarda, qarında ağrılar olur. Bədən hərarəti qalxır, xəstələr həddən artıq arıqlayırlar. Baxış zamanı xəstələrin dərisi və gözlə görünən selikli qişaların avazıması diqqəti cəlb edir.
Diaqnoz:

Ciftin vaxtından əvvəl ayrılması

Normal hallarda cift uşaqlıq divarından uşaq doğulduqdan sonra ayrılır. Əgər döl doğulmazdan əvvəl cift yerindən ayrılarsa, buna ciftin vaxtından qabaq ayrılması deyilir.
Bu patologiyaya əsasən təkrar hamiləlik keçirənlərdə rast gəlinir. Buna aşağıdakılar səbəb ola bilir:
– iltihabi proseslər
– selikaltı fibroma
– abort zamanı zədələnmələr
– ağır, gecikmiş toksikozlar
– qorxu, sarsıntı
– nefrit.
Ciftin uşaqlıqdan ayrılması tam və ya hissəvi ola bilir. Hissəvi ayrılma qadın orqanizmində xüsusi bir pozğunluq törətmir. Ciftin tam ayrılması qadın və döl üçün təhlükə törədir, ana qanaxmadan şoka düşür, döldə isə asfiksiya olur.
Ciftin tam və ya qismən ayrılması qəflətən qarında yaranan kəskin ağrılar, arterial təzyiqin enməsi, nəbzin sürətlənməsi ilə özünü ifadə edir.
Ciftin vaxtından əvvəl ayrılmasının əsas diaqnozu USM vasitəsilə qoyulur.
Əgər ciftin erkən ayrılması zamanı qanaxma baş verərsə və hamilə qadının vəziyyəti pisləşərsə, bu zaman ləngitmədən Kesar əməliyyatı tətbiq edilir.

Xəstə qadınların hamiləliyi

Hamiləlik zamanı orqanizmdə bəzi funksional dəyəşəkliklər baş verir. Bu dəyişikliklər ana bətnində dölün böyüməsi ilə əlaqədar olur. Döl böyüdükcə ananın həyati vacib orqanlarının da işi artır. Əgər hamiləlik baş verənə qədər ana tamamilə sağlam olubsa, ananın səhhətində heç bir patoloji dəyəşəkliklər baş vermir. Yox əgər ananın ürəyində, böyrəklərində, qara ciyərində müxtəlif xəstəliklər olubsa və ya anada xroniki xəstəlik varsa hamiləlik zamanı onların əlamətləri özünü daha qabarıq göstərir. Belə problemlərlə üzləşməmək üçün hamilə qalmaq istəyən hər bir qadın əvvəlcədən həkim müayinəsindən keçməlidir.
Bəs qadında müəyyən xəstəliklər varsa və hamiləlik baş veribsə nə etmək lazımdır?
* Hamiləliyin olduğu təsdiqlənibsə qadın məsləhətxanasına vaxtında müraciət etmək lazımdır.
* Hansı rejimlə yaşamaq lazımdırsa, ona əməl etmək lazımdır.
* Qidalanmanı, müalicə-bədən tərbiyəsini dəqiq və düzgün yerinə yetirmək lazımdır.
* Həkimlə vaxtlı-vaxtında görüşüb, məsləhətlərinə əməl etmək lazımdır.
*Lazım gələrsə doğulacaq körpəsinin sağlamlığı üçün xətəxana şəraitində müalicə almaq lazımdır.
Səhhətində problemləri olan hamilə qadınlar tez-tez analizlər verməli və daima həkimin nəzarəti altında olmalıdırlar.

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa