Piridoksin tərkibli maskalar saçlara qidalandırıcı və müalicəvi təsir göstərir. Saçlara qulluq vasitələrindən söhbət getdikdə piridoksin maskalarının tayı-bərabəri olmadığı qeyd edilir. Pridoksin (adermin) B qrup vitaminlərə aiddir. O suda yaxşı həll olunur və orqanizmin bərpa reaksiyalarının həyata keçməsində fəal rol oynayır. Piridoksinin zülal mübadiləsində, qan dövranının normallaşmasında, yaddaşın möhkəmlənməsində və saçların uzanmasında rolu böyükldür. Piridoksin tərkibli maskalar saçlar üçün çox faydalıdır. Maskanın hazırlanmasında istifadə edilən piridoksin apteklərdən ampul şəklində alınır. Amma, əvvəl B6 vitamininə qarşı allergiyanızın olub-olmamasına əmin olmaq lazımdır. Bu məqsədlə bir neçə damcı dərmanı dəriyə töküb bir-neçə dəqiqə gözləmək və dərinin verdiyi reaksiyaya diqqət yetirmək lazımdır.