12 il mədə xorasından əziyyət çəkirdi – Öz-özünü bu dərmanla sağaltdı

Rusiyalı bir arıçı mədə xorasından nə cür sağaldığı haqda maraqlı informasiya bölüşüb.

Orqanik.az Orqanik.az-a istinadənhəmin yazını sizə təqdim edir:

“1980-cı ildə terapevt, mənim rentgen çəkilişlərimə baxaraq mənim nə vaxtdan 12 barmaq bağırsağın xorasından əziyyət çəkdiyimi soruşdu.

Yaz və payız aylarında mənim mədəmin güclü şəkildə ağrımasına baxmayaraq heç vaxt xoradan şübhələnməmişdim.

Bir müddətdən sonra qusma zamanı ağzımdan  qan gəldiyini görüncə həkimə müayinə olundum.

Beləliklə də məndə mədə xorası olduğu təsdiqləndi.  

Mütəmadi olaraq müalicəyə başlanıldı: demək olar ki, ildə 2 dəfə xəstəxanada yatdım.

Mən arıçılıqla məşğulam. Müşahidələrinə görə deyə bilərəm ki, arılar öz yaşayış yerlərində mumdan istifadə edirlər. Onlar hətta yuvaya hücum edən siçan kimi xırda heyvanları mum vasitəsilə əhatələyirlər ki, nəticədə də yuvaya pis iy daxil olmur. Burdan yola çıxaraq mədə xorasını da propolisin köməyi ilə sağaltmaq mümkündür.

Bunun üçün bir butulka arağa 10-15 qr propolis əlavə edərək 2-3 həftə müddətində qaranlıq otaqda saxlayın. Hər gün yaxşıca qarışdırın. Daha sonra süzmədən gündə 3 dəfə olmaqla yeməkdən 30 dəqiqə əvvəl 15 damcı suya qataraq qəbul edin.

Bu müalicəni yaz və payız fəslində, dərmanı isə bir həftə qəbul etdikdən sonra 1 həftə fasilə verməklə istifadə etmək lazımdır.  

Müalicə kursu bitdikdən sonra mədə ağrılarını, qanamasını, ümumiyyətlə mədə xorasını tamamilə unudacaqsınız. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.